Xocavənd rayonunun dağlıq ərazilərində yanğın başlayıb.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın rayonun Qaraçuğ dağının yüksəkliyində qeydə alınıb.
Günün ikinci yarısından başlayan yanğın ərazidə genişlənib. Hazırda yanğın dağlıq ərazidə davam edir.
Yanğının söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində əməliyyatlar davam etdirilir.