logo
logo logo
logo

Netanyahunun qalacağı otelin yaxınlığında kanalizasiyadan 3 nəfər çıxdı - Nyu-Yorkda gözlənilməz hadisə

17:43 - 24 Sentyabr 2026

Netanyahunun qalacağı otelin yaxınlığında kanalizasiyadan 3 nəfər çıxdı - Nyu-Yorkda gözlənilməz hadisə

İsrailin Baş naziri Binyamin Netanyahunun BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı qalması gözlənilən otelin yaxınlığında 3 şəxsin kanalizasiya lyukundan çıxdığı anlar təhlükəsizlik kameralarına düşüb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nyu-York Polis İdarəsi (NYPD) hadisənin Netanyahu ilə birbaşa əlaqəsinin olduğuna dair hər hansı sübutun olmadığını bildirsə də, ərazinin strateji əhəmiyyəti nəzərə alınaraq federal qurumlarla birgə əlavə təhlükəsizlik yoxlamalarının aparıldığını açıqlayıb.

Hadisə sentyabrın 23-ü səhər saatlarında Manhettenin "Upper East Side" məhəlləsində, "Park Avenue" və "East 61st Street" küçələrinin kəsişməsinə yaxın ərazidə baş verib. Nyu-York polisi səhər saat 04:35 radələrində üç nəfərin kanalizasiyadan çıxması barədə məlumat alıb. Kamera görüntülərinə düşən şəxslərin daha sonra iki ayrı avtomobilə əyləşərək ərazidən uzaqlaşdıqları müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az