logo
logo logo
logo

Bu şəxslərin maaş və pensiyaları artırılır - AÇIQLAMA

10:14 - 24 Sentyabr 2026

Bu şəxslərin maaş və pensiyaları artırılır - AÇIQLAMA

Hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunda hərbçilərin maaş və pensiyalarının artırılması ilə bağlı məlumat yayıb.


Manset.az xəbər verir ki, ekspert bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, qalib Azərbaycan Ordusunun maaş və pensiyaları qabaqcıl beynəlxalq sistemə uyğunlaşdırılır.

“Əldə etdiyim məlumata görə, bu sahədə yeni islahat paketi qapıdadır. Nəhayət ki, orduda əməkhaqqı sistemi beynəlxalq standartlara əsaslanacaq və vahid struktura malik olacaq.

Maaşlar xidmətkeçmənin yeri, xüsusiyyətləri, şərtləri və ağırlığı nəzərə alınmaqla hesablanacaq. Müdafiə Nazirliyinin hərbi qulluqçularının maaşları orta hesabla 25 faizə yaxın və daha çox artır.

Baza maaşı olan vəzifə maaşı rütbə maaşı ilə əvəzlənir, maaşlarda rütbə maaşının həcmi isə 70 faizə qaldırılır.

Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı mexanizmi də təkmilləşir və tam rəqəmsallaşdırılır.

Vətən müharibəsinin növbəti ildönümü ərəfəsində bu lap yerinə düşəcək”, – Ədalət Verdiyev bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az