logo
logo logo
logo

“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə keçirildi  - FOTOLAR 

12:19 - 23 Sentyabr 2026

“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə keçirildi  - FOTOLAR 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir.

Manset.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən ikinci ildir ki, festival çərçivəsində “Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunur.

Sentyabrın 22-də layihə üzrə ADA Universitetində müharizə-konsert keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə reallaşan tədbirdə ADA Universitetinin rektoru professor Hafiz Paşayev, təhsil ocağının müəllim və tələbələri, eləcə də qonaqları iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan ADA Universitetinin prorektoru Günay Ziyadova universitetin Üzeyir Hacıbəyli festivalı çərçivəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bu il 18-ci dəfə təşkil olunan Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının müasir mədəniyyət salnaməmizin əhəmiyyətli hadisələrindən olduğunu, Üzeyir bəy fenomeninin təbliği və tanıdılmasına xidmət etdiyini bildirib.

MEMİM-in direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov qeyd edib ki, layihə dahi bəstəkar Üzeyir Hacıbəylinin musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətlərinin, onun sənət incilərinin daha geniş auditoriyaya, xüsusilə gənc nəslə çatdırılmasına töhfə vermək məqsədi daşıyır.

Sonra tədbir MEMİM-in əməkdaşı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib.  Sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın Üzeyir Hacıbəylinin  Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə həsr olunan mühazirəsi dinlənilib. 

Qeyd edək ki, “Sənət inciləri” layihəsi üzrə növbəti mühazirə-konsert sentyabrın 28-də Xəzər Universitetində təşkil olunacaq.

“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə keçirilib - FOTOLAR
  • “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə keçirilib - FOTOLAR

  • Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az