logo
logo logo
logo

Moskva İrəvana noyabra kimi vaxt verdi -  4 TƏLƏB 

10:40 - 24 Sentyabr 2026

Moskva İrəvana noyabra kimi vaxt verdi -  4 TƏLƏB 

Rusiya Ermənistan hökuməti siyasi tələblərini yerinə yetirmədiyi təqdirdə noyabrın 1-dən Ermənistana qaz tədarükünü dayandıra bilər.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti Rusiya mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin məlumatına görə, Moskvanın İrəvandan bir sıra tələbləri var. Bunlara Rusiyanın 102-ci hərbi bazası ilə bağlı məsələnin müzakirəsindən və Rusiya kapitalının iştirakı ilə fəaliyyət göstərən şirkətlərə qarşı tədbirlərdən imtina edilməsi daxildir.

Həmçinin, Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlüyü prosesinin başlanması ilə bağlı qanunun ləğv edilməsini və ya referendumun keçirilmə tarixinin elan olunmasını tələb etdiyi bildirilir.

Məlumata görə, Moskvanın digər tələbi Rusiyapərəst hesab olunan siyasətçilərin təqibinə son qoyulmasıdır. Qəzet həmçinin, Rusiya üçün məqbul olan şəxsin baş nazir müavini vəzifəsinə təyin edilməsinin də tələb olunduğunu yazıb.

Qeyd edək ki, bu məlumat “Hraparak” qəzetinin Rusiya mənbələrinə istinadən yaydığı iddialara əsaslanır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az