logo
logo logo
logo

51 ölkədən Rusiyaya atəşkəs çağırışı

11:06 - 24 Sentyabr 2026

51 ölkədən Rusiyaya atəşkəs çağırışı

Avropa İttifaqına (Aİ) üzv 27 dövlət, eləcə də Böyük Britaniya, İsrail, Avstraliya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla, ümumilikdə 51 ölkənin nümayəndələri BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasından əvvəl ABŞ-nin Nyu-York şəhərində birgə bəyanat yayıblar.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna ilə həmrəylik mesajının verildiyi sənəddə Rusiyanın Ukrayna ərazisində mülki şəxslərə və mülki infrastruktura qarşı hücumları artırmasından dərin narahatlıq ifadə olunub.

Bəyanatda Ukraynanın 2025-ci ilin mart ayından etibarən "tam, dərhal və qeyd-şərtsiz" atəşkəsi qəbul etdiyi vurğulanaraq qeyd olunub: "Biz Rusiyanı sülhə doğru aparan mənalı diplomasiya və danışıqlara doğru addım ataraq, nəhayət, eyni qərarı verməyə çağırırıq. Ukrayna sülh istəyir. Biz sülh istəyirik. Rusiya təcavüzkar əməllərini dayandırmalı, atəşkəsi qəbul etməli və beynəlxalq hüquqa uyğun şəkildə hərtərəfli, ədalətli, davamlı sülhün bərqərar olunması üçün danışıqlarda fəal iştirak etməlidir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az