logo
logo logo
logo

Pişiklərin zəka səviyyəsi araşdırıldı – Nəticələr diqqət çəkdi

11:41 - 24 Sentyabr 2026

Pişiklərin zəka səviyyəsi araşdırıldı – Nəticələr diqqət çəkdi

ABŞ-də aparılan araşdırmada pişiklərin zəka səviyyəsi öyrənilib. Araşdırmanın nəticələri pişik sahibləri arasında diqqət çəkib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, “Main Cat Lab” tərəfindən təxminən 3 200 pişikdən əldə edilən məlumatlar əsasında yaddaş, problem həll etmə bacarığı, diqqət və emosional zəka kimi sahələr təhlil edilib. Sınaqlar sahiblərin pişiklərinin davranışlarını müşahidə edərək sorğuları doldurması əsasında həyata keçirilib.

Aralıq qiymətləndirmənin nəticələrinə əsasən, ən yüksək orta balı siam pişikləri toplayıb. Onlar 70 bal üzərindən orta hesabla 51,55 bal əldə edib. Smokin naxışlı pişiklər isə 50,65 balla ikinci yerdə qərarlaşıb.

Ən aşağı balı toplayan qrup isə Ragdoll pişikləri olub. Onların orta göstəricisi 37,34 bal təşkil edib. Narıncı-ağ rəngli pişiklər də 43,4 balla aşağı nəticə göstərən qruplar arasında yer alıb.

Lakin bu nəticələr rəsmi “pişik zəka sıralaması” kimi qəbul edilməməlidir. Araşdırma real sınaqlardan daha çox sahiblərin müşahidələrinə əsaslanan aralıq təhlilin nəticələrinə söykənir. Buna görə də nəticələri pişiklərin zəka səviyyəsinin dəqiq sıralaması kimi qiymətləndirmək üçün ehtiyatlı yanaşmaq lazımdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az