Hindistanda göyərtəsində 30-35 sərnişinin olduğu yataq tipli avtobus magistral yolda hərəkətdə olarkən anidən alovlanıb.
Sərnişinlərin bildirdiyinə görə, yanğından əvvəl onlar sürücü kabinəsindən gələn yanıq qoxusunu hiss edərək sürücü və müavinə xəbərdarlıq etsələr də, nəqliyyat vasitəsi saxlanılmayıb.
Faciə nəticəsində 9 nəfər həyatını itirib, xəsarət alanlar isə dərhal xəstəxanaya çatdırılıb. Hadisədən sonra avtobusun sürücüsü və müavini hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə dəymiş zərərə görə kompensasiya ödəniləcəyini bəyan edib.