logo
logo logo
logo

"ABŞ və İran müharibəni başa çatdırmaq üçün danışıqlar aparır" - KİV

21:17 - 24 Sentyabr 2026

\"ABŞ və İran müharibəni başa çatdırmaq üçün danışıqlar aparır\" - KİV

ABŞ və İran nümayəndələri Nyu-Yorkda müharibənin mərhələli şəkildə başa çatdırılması üçün mümkün razılaşmanı müzakirə edirlər.


Manset.az Reuters-ə istinadən xəbər verir ki, müzakirələrdə İranın Hörmüz boğazında gəmiçiliyi bərpa etməsi, ABŞ-nin isə İrana qarşı iqtisadi blokadanı aradan qaldırması məsələləri nəzərdən keçirilir.

İran tərəfi üçün əsas tələblərdən biri iqtisadi blokadanın dayandırılması və dondurulmuş aktivlərə çıxışın təmin edilməsidir.

Tərəflər güzəştlərin hansı ardıcıllıqla həyata keçiriləcəyi məsələsində fikir ayrılığı yaşayırlar. Belə ki, İran Hörmüz üzərində nəzarətindən imtina etmək niyyətində deyil, ABŞ isə boğazdan sərbəst gəmiçiliyin təmin olunmasını istəyir.

Danışıqlar BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda aparılır və prosesdə Qətər, Pakistan və digər ölkələrin vasitəçilik səyləri də rol oynayır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az