logo
logo logo
logo

Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq 

14:12 - 25 Sentyabr 2026

Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq 

Sentyabrın 25 və 26-da Günəşdə M sinifli güclü partlayışlar baş verə bilər.

Manset.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu proqnoz yayıb.

Mütəxəssislərin məlumatına görə, yaxın iki gün ərzində Günəş aktivliyi ümumilikdə aşağı səviyyədə qalacaq. Bununla belə, M sinifli partlayışların baş verməsi istisna edilmir.

Sentyabrın 25-də geomaqnit sahənin qeyri-sabit olması mümkündür. Növbəti gün isə əsasən sakit vəziyyət gözlənilir, lakin ayrı-ayrı dövrlərdə qeyri-sabitlik yarana bilər.

Proqnoza əsasən, radiasiya şəraiti sakit olacaq. Bununla yanaşı, günün ayrı-ayrı saatlarında qısadalğalı radioəlaqənin vəziyyətinin pisləşməsi mümkündür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az