logo
logo logo
logo

"Dövlət işində işləmirdi ki, onu çıxartdırım" - Fəzail İbrahimli

20:06 - 26 Sentyabr 2026

\"Dövlət işində işləmirdi ki, onu çıxartdırım\" - Fəzail İbrahimli

42 yaşlı şikayətçi, 4 uşaq atası Xəyal Əsədov Musavat.com-un redaksiyasına müraciət edərək deputat Fəzail İbrahimli ilə bağlı yaşadığı iddia olunan hadisədən danışıb. X.Əsədovun sözlərinə görə, avqustun 3-də Yeni Yasamalda işlətdiyi meyvə-tərəvəz dükanına gələn deputata qarpız satarkən aralarında narazılıq yaranıb. Deputatın "məni tanıyırsan?" sualına xəbərsiz olduğunu deyən satıcı heç bir kobudluq etmədiyini bildirsə də, qarşı tərəf polisə müraciət edib. Şikayətçi hadisədən sonra işini itirdiyini, ailəsinin maddi və mənəvi çətinliklə üzləşdiyini vurğulayıb.


Məsələ ilə bağlı Manset.az millət vəkili Fəzail İbrahimli ilə əlaqə saxlayıb. Deputat qeyd edib ki, çox sadə həyat tərzi sürdüyü üçün evinin gündəlik ərzaq alış-verişini özü edir:

"Avqustun 3-də qarpız almaq məqsədilə satıcıya yaxınlaşdım. Satıcı bildirdi ki, qarpızı əvvəlcə kəsir, sonra çəkir. Birinci qarpızı kəsdikdə onun içinin ağ olduğu məlum oldu. Daha sonra ikinci qarpızı kəsdi və onun da içi ağ çıxdı. Satıcı üçüncü qarpıza əl atanda mən artıq qarpız almaq fikrindən daşındığımı bildirdim. Eyni zamanda, satıcının zərərə düşməməsi üçün kəsdiyi iki qarpızın pulunu ödəmək istədiyimi dedim. Buna baxmayaraq, satıcı "sən qarpız alan da, xeyir verən də deyilsən" deyərək, ardınca mənə qarşı xoşagəlməz ifadələr işlətməyə və mübahisə yaratmağa başladı. Həmin vaxt onun əlində bıçaq da var idi. Vəziyyətin daha da gərginləşməməsi və təhlükəsizliyini təmin etmək məqsədilə oradan uzaqlaşaraq avtomobilinə əyləşib:

F.İbrahimli baş vermiş hadisə ilə bağlı həmin gün hüquq-mühafizə orqanlarına müraciət edərək satıcıdan şikayət etdiyini bildirib:

"Hadisədən uzun müddət sonra, dünən həmin şəxsin mənim barəmdə işsiz qalması ilə bağlı şikayət etdiyini öyrəndim. Halbuki mənim həmin şəxsin işdən çıxarılmasında heç bir rolum yoxdur. Sözügedən şəxs dövlət qurumunda işləmir ki, onun çıxarılmasında vasitəçi olum. Bu, mümkün deyil. Hadisədən xeyli müddət keçdikdən sonra mənim barəmdə belə bir şikayətin verilməsi məndə bunun məqsədli şəkildə edildiyi barədə ciddi şübhə yaradır. Hesab edirəm ki, həmin şəxsin bu addımı atmasına başqa şəxslər tərəfindən təsir göstərilməsi və ya onun müəyyən məqsədlər üçün yönləndirilməsi ehtimalı var".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az