Eyni daşınmaz əmlak, avtomobil və ya məhsul internetdə fərqli qiymətlərlə qarşınıza çıxa bilər. Bəs ilkin elan hansıdır və real bazar qiyməti nə qədərdir?
Manset.az xəbər verir ki, PRAYK internetdəki açıq məlumatları davamlı analiz edərək eyni təklifin müxtəlif saytlardakı elanlarını müqayisə edir, ilkin mənbəni və ən sərfəli qiyməti göstərir. Eyni zamanda minlərlə oxşar təklifi analiz edərək əmlak, avtomobil və digər məhsullar üzrə real bazar qiymətini müəyyən etməyə kömək edir.
İstifadəçi öz daşınmaz əmlakını PRAYK-a əlavə etdikdə sistem bazardakı mövcud məlumatları avtomatik müqayisə edərək ona təxmini real qiymət təklif edir. Yəni istifadəçi elanını yerləşdirərkən qiyməti özü müəyyən etməklə yanaşı, PRAYK-dan həmin əmlak üçün bazar məlumatlarına əsaslanan avtomatik qiymət təklifi də ala bilir. Hesablama zamanı əmlakın yerləşdiyi ərazi, yaxınlıqda metronun və digər vacib obyektlərin olması, nəqliyyat imkanları, müxtəlif saatlarda yaranan tıxaclar, oxşar əmlakların bazardakı qiymətləri və digər göstəricilər nəzərə alınır.
Beləliklə, istifadəçi yalnız elanda göstərilən qiyməti deyil, həmin əmlakın real bazar şəraitində təxminən nə qədər dəyərə malik olduğunu da görə bilir. Eyni zamanda maraqlandığı ərazidə günün hansı saatlarında tıxac yarandığını əvvəlcədən görərək gələcək vaxt və nəqliyyat xərclərini də nəzərə ala bilir.
Məqsəd sadədir: alıcıya təkcə elandakı qiyməti deyil, bazarın real mənzərəsini göstərmək və süni qiymət artımının təsirini azaltmaq.
PRAYK artıq işləyir və toplanan yeni məlumatlarla gündən-günə daha dəqiq və daha ağıllı olur.