Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə baş verən yanğın söndürülüb.
Bu barədə Manset.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
15:47
Sumqayıt şəhəri, Şəfəq qəsəbəsi ərazisində yerləşən tikilidə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.