logo
logo logo
logo

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə oldular - FOTOLAR

12:26 - 11 Oktyabr 2026

EYBA-nın payız konfransının iştirakçıları Ali Məhkəmədə oldular - FOTOLAR

Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “EYBA Autumn Conference 2026” payız konfransı çərçivəsində müxtəlif ölkələrdən olan vəkillərin Azərbaycan Respublikasının Ali Məhkəməsinə səfəri təşkil edilib.


Manset.az xəbər verir ki, qonaqlara Ali Məhkəmənin fəaliyyəti, strukturu, məhkəmə hakimiyyəti sistemində rolu, eləcə də ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib.

Daha sonra iştirakçılar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Plenum zalını və Məhkəmə Tarixi Muzeyini ziyarət ediblər. Qonaqlara Plenumun fəaliyyəti, muzeydə nümayiş etdirilən tarixi eksponatlar, həmçinin Azərbaycan məhkəmə sisteminin formalaşması və inkişaf mərhələləri barədə ətraflı məlumat verilib.

Səfərin sonunda iştirakçılarla xatirə fotosu çəkdirilib.













Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az