Özünü ''Azərsu''nun işçisi kimi göstərib pul aldı - VİDEO

22:36 - 24 Yanvar 2022

Özünü \'\'Azərsu\'\'nun işçisi kimi göstərib pul aldı - VİDEO

Bakıda özünü “Azərsu” İB-nin əməkdaşı kimi tanıdıb obyektlərdən pul yığan şəxs peyda olub.

Hadisə 23 yanvar tarixində baş verib. Belə ki, özünü “Azərsu” İB əməkdaşı kimi təqdim edən şəxs sayğacı yoxladıqdan sonra, daha sonra gələcəyini bildirərək əlaqə nömrəsi qoyub.

Baku TV həmin şəxsdən şikayət edən Aytən Məhərrəmova ilə söhbət edib.

O bildirib ki, həmin şəxs əgər müəyyən ödəniş etməsələr, sularını kəsəcəyini deyib.

“Sayğacımızı yoxlayıb, problem olduğunu dedi. Bizdən 80 manat alıb, nömrəsini bizə verdi, dedi ki, gəlib düzəldəcəyik” – deyə şikayətçi qeyd edib.

Həmin şəxs ərazidəki digər mağazalara da yaxınlaşıb.

Digər şikayətçi Fatma Şirinova bildirib ki, özünü “Azərsu” İB-nin əməkdaşı kimi təqdim edən şəxs onlardan nə az, nə çox, 380 manat istəyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az