Zakir Fərəcovun olduğu deyilən restoranın icarədarı həbs edildi - FOTO

14:59 - 25 Yanvar 2022

Zakir Fərəcovun olduğu deyilən restoranın icarədarı həbs edildi - FOTO

Sumqayıt şəhərindəki məşhur “Kalyon” restoranında qanunsuz keçirilən toya görə məsul şəxs həbs edilib.

 

Manset.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 23-də şəhərin Sahil küçəsində yerləşən “Kalyon” restoranında portalda qeydiyyatdan keçmədən toy məclisi təşkil olunub.

Polisin keçirdiyi reyd zamanı bu fakt aşkarlanıb və restoranın icarədarı, 1984-cü il təvəllüdlü Çaylar İsmayılov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə başlanan işə məhkəmədə baxılıb. Hakimin qərarı ilə Ç.İsmayılov 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Qeyd edək ki, daha öncə mediada gedən məlumatlarda “Kalyon” restoranının Sumqayıtın icra başçısı Zakir Fərəcova aid olduğu qeyd edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az