Peyvənd olunanların sayı AÇIQLANDI

18:06 - 25 Yanvar 2022

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Manşet.az-a verilən məlumata görə, bir gündə 31 667 vaksin vurulub.

Belə ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 250, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 878, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 539 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 845 510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 217 380, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 432 155, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 895 975 təşkil edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az