Gəncə Şəhəri İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun həyat yoldaşına məxsus restoran üzə çıxıb.
Manşet.az 32gun.az-a istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonu, Z. Əliyeva küçəsi ev 97 ünvanında yerləşən "D'lite Restaurant & Cafe" icra başçısının xanımına məxsusdur. Sözügedən restoran Niyazi Bayramovun oğlu fiziki şəxs Bəhram Bayramovun adına qeydiyyatdan keçirilib.





