Vilayət Eyvazov məşhur generalı vəzifəsindən azad etdi - ƏMR

10:44 - 26 Yanvar 2022

Vilayət Eyvazov məşhur generalı vəzifəsindən azad etdi - ƏMR

Azərbaycanda general təqaüdə göndərilib.

Manset.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndəsi, Müstəqil Dövlətlər Birliyinin İştirakçısı olan Dövlətlərin ərazisində Cinayətkarlıq üzrə Büronun direktor müavini, polis general-mayoru Əkbər Yusifov daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Xatırladaq ki, ilk xəbəri Oxu.az saytı yayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az