YAP-da yeni təyinatlar - Cavid Osmanov və Naqif Həmzəyev vəzifələrini itirdi

17:19 - 28 Yanvar 2022

YAP-da yeni təyinatlar - Cavid Osmanov və Naqif Həmzəyev vəzifələrini itirdi

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Manset.az report-a istinadən xəbər verir ki, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun sədrliyi ilə keçirilən toplantının gündəliyinə bir məsələ daxil edilib.

İclasda YAP-ın 64 rayon və şəhər təşkilatına yeni sədrlər təyin olunub.

Onların bir neçəsinin adlarını təqdim edirik:

Gəncə şəhər təşkilatı - Ramil Orucov

Sumqayıt şəhər təşkilatı - Ramiz Hüseynov

Ucar rayon təşkilatı - Şəhla Abdullayeva

Ağdaş rayon təşkilatı - Əlişah Rəcəbov

Salyan rayon təşkilatı - Elmar Əhmədov

Göyçay rayon təşkilatı - Sahib Şükürov

Daşkəsən rayon təşkilatı - Meydanəli Yolçuyev

Qəbələ rayon təşkilatı - Abil Ağasəfov

Oğuz rayon təşkilatı - Saleh Məhərrəmov

Qeyd edək ki, YAP-ın Gəncə şəhər təşkilatının sədri deputat Naqif Həmzəyev, Ağdaş rayon təşkilatının sədri isə deputat Cavid Osmanov idi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az