YAP-ın 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır

22:51 - 28 Yanvar 2022

YAP-ın 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır.

Manşet.az xəbər verir ki, bunu YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında deyib.

O qarşıda dayanan vəzifələrdən danışıb və bildirib ki, yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İclasda, həmçinin cari məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az