27 il sonra evinə döndü: muğam oxudu - VİDEO

18:56 - 29 Yanvar 2022

27 il sonra evinə döndü: muğam oxudu - VİDEO

Sosial şəbəkələrdə işğaldan azad olunan kənddəki evinə dönən bir gəncin muğam oxuması günün trendinə çevrilib.

Manşet.az xəbər verir ki, sözügedən video muğam ifaçısı Malik Həsənova məxsusdur.

Malik Həsənov sosial media hesabında videonu paylaşıb və bu sözləri yazıb:

"Doğma kəndim Şurtan! Bu evdə doğulub, 8 yaşımda itirdiyim uşaqlıq illərimi 27 ildən sonra xatırlamaq nə qədər ağır olsa da, bir o qədər də sevindiricidir. Sanki təzədən uşaqlaşırsan".

Qeyd edək ki, Şurtan kəndi işğaldan azad olunan Kəlbəcər rayonunun ərazisindədir.

(Qaynarinfo)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az