DİN Bərdədə iki uşaq atası tərəfindən qaçırılan qızla bağlı - AÇIQLAMA YAYDI

21:40 - 29 Yanvar 2022

DİN Bərdədə iki uşaq atası tərəfindən qaçırılan qızla bağlı - AÇIQLAMA YAYDI

Bu gün günorta saatlarında Bərdə rayonu, Mustafaağalı kənd sakini, 19 yaşlı S.C yaşadığı evdən 4 nəfər tərəfindən qaçırılıb.  

Qızın anası G.S məlumat verərək bildirib ki, qızını qaçıran həmin kəndin sakini , hazırda evli olan 1983-cü il təvəllüdlü 2 uşaq atası olan E.S-dur. 

Manşet.az xəbər verir ki, məlumatın ardından sitat.info-nun əməkdaşı  Daxili İşlər Nazirliyinin (DİN) sözçüsü Elşad Hacıyevlə əlaqə saxlayıb. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, yanvar ayının 29-da günorta radələrində Bərdə rayonunun Mustafaağalı kəndində 19 yaşlı qızın qaçırılması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir. Araşdırmaların aparılmaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az