ABŞ-nin “Fox” telekanalı Azərbaycana qarşı daha bir təxribata yol verib.
Şübhəsiz ki, bu işdə də erməni lobbisinin barmağı var.
Belə ki “Fox”da yayımlanan və son illərin ən çox gözlənilən filmi olan “The cleaning lady” serialının 3-cü bölümündəki bir səhnədə erməni lobbisinin ABŞ-dəki əsas təmsilçilərindən biri çıxış edərək oğluna səslənir.
O, vətəni Ermənistanın bölündüyünü və oğlunu Qarabağı Azərbaycandan almaq üçün erməni ordusuna göndərdiyini açıqlayır.
Serialın ilk 10 bölümü bu il yanvarın 3-də yayımlanıb, əsas mövzusu mafiya və bir qadının bu mafiyaya açıq savaş açmasına həsr edilib.
Qeyd edək ki, bu Fox TV-nin ölkəmizə qarşı ilk qərəzli münasibəti deyil.