Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

10:20 - 01 Fevral 2022

Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər

Azərbaycanda ən iri bazarlardan biri olan Lənkəran bazarı fəaliyyətini dayandıra bilər.

Manset.az “qaynarinfo”ya istinadən xəbər verir ki, "Lənkəran-Bazar” ASC-nin hazırda maliyyə problemlərinin olduğu bildirilir. Hətta vəziyyət o həddədir ki, bazarın bağlana biləcəyi iddia olunur.

Araşdırmalar zamanı bəlli olub ki, bazarın vergi borcu da var. Belə ki, ASC-nin bu günə olan vergi borcu 21 328.79 AZN təşkil edir.

Qeyd edək ki, "Lənkəran-Bazar” ASC 9 noyabr 1998-ci ildə yaradılıb. Nizamnamə kapitalı 2005 978 AZN-dir. ASC-nin qanuni təmsilçisi Axundov Kənan Namiq oğludur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az