Xəbər verdiyimiz kimi Azərbaycanda qadın ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinin canlı efirində qayınanasını öldürdüyünü etiraf edib. O, bilmiyərək qayınanasını itələyərək öldürdüyünü bildirib.
Manset.az-ın əldə etdiyi məlumata görə, qadının etirafından sonra dərhal əməliyyat qrupu ARB televiziyasına gəlib. Məmmədova Əfsanə adıçəkilən kanalda polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.