Zakir Həsənovdan orduda islahatlarla bağlı - AÇIQLAMA

21:40 - 01 Fevral 2022

Zakir Həsənovdan orduda islahatlarla bağlı - AÇIQLAMA

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akara qonaqpərvərliyinə görə təşəkkür edib.

Manşet.az-ın məlumatına görə, görüşlər zamanı bölgədəki hərbi-siyasi vəziyyətlə bağlı danışıqlar apardıqlarını deyən nazir Həsənov bildirib:

"Birgə fəaliyyətimizin istiqamətlərini müəyyən etdik. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin planlaşdırılan fəaliyyətini müzakirə etdik.

Biz Prezidentimizin tapşırığı ilə Azərbaycan Ordusunun strukturunda Türkiyə Silahlı Qüvvələrinin ordu strukturuna bənzər islahatlar aparırıq. Bu istiqamətdə TSQ-nin Azərbaycana böyük dəstəyi var. Biz bu istiqamətdə xeyli yol keçmişik. Milli müdafiə nazirinə bir daha təşəkkürümü bildirirəm, o, bizi bütün məsələlərdə dəstəkləyir. Əminəm ki, qısa zamanda Azərbaycan Ordusu öz döyüş qabiliyyətini artıracaq və bütün tənzimləmələri tətbiq edərək TSQ ilə birgə fəaliyyətə hazır olacaq”.

 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az