“Ağsaray Residence” məhkəməyə verildi - Gömrük qanunvericiliyini pozub

00:30 - 02 Fevral 2022

“Ağsaray Residence” məhkəməyə verildi - Gömrük qanunvericiliyini pozub

Tanınmış tikinti şirkəti "Ağsaray Residence" Mənzil-Tikinti Kooperativi barəsində məhkəmə iddiası qaldırılıb.

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

"Ağsaray Residence" rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( idxal bəyannaməsinin verilməməsi) maddəsinin tələblərini pozub. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq.

Şirkətdən saytımıza bildirilib ki, məhkəmə iddiası bina üçün alınan qapılarla bağlıdır. Belə ki, xaricdən alınan qapılar sərhəddən keçirilərkən gömrük orqanlarına bəyan edilməyib. “Ağsaray Residence” rəsmisi daşıyıcı şirkəti məsuliyyətsizlik etməkdə ittiham edib.

Qeyd edək ki, “Ağsaray Residence” Ağ Şəhər kompleksində yerləşir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az