Bakıda uşağa şprislə işgəncə verən dayə polisə çağırıldı

18:21 - 02 Fevral 2022

Bakıda uşağa şprislə işgəncə verən dayə polisə çağırıldı

"Bakıda uşağa iynə vuran dayə polisə çağırılıb".

Manşet.az xəbər verir ki, bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov deyib.

O bildirib ki, hadisə ilə bağlı azyaşlıların valideynləri ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə ərizə ilə müraciət ediblər: "Ərizə əsasında həmin dayə Polis Şöbəsinə dəvət olunub və onun izahatı alınıb. Hadisə ilə bağlı müvafiq təhqiqat araşdırmaları aparılandan sonra dayənin etdiyi əmələ hüquqi qiymət veriləcək".
Qeyd edək ki, ötən gün sosial şəbəkədə dayənin azyaşlıya şpris batırmasını əks etdirən görüntülər yayılmışdı.
 
(Report)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az