Türkiyənin "Pegasus Airlines” aviaşirkəti İstanbul - Gəncə - İstanbul reysi uzrə uçuşlara başlayacaq.
Manşet.az xəbər verir ki, bu barədə aviadaşıyıcının rəsmi saytında məlumat əks olunub.
Uçuşlar martın 18-dən etibarən İstanbulun "Sabiha Gökçen” Hava Limanından (SAW) Gəncə Beynəlxalq Hava Limanına (GNJ) həyata keçiriləcək.
Məlumata görə, mart ayı üzrə İstanbuldan Gəncəyə biletin qiyməti 848 TL (təxinən 106 azn), əks istiqamət üzrə isə 1038 TL (təxminən 130 azn) təşkil edəcək.
Sonrakı aylarda biletlərin qiymətində artım olacaq.