Bakıda 47 yaşlı kişi itkin düşüb.
Manset.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Quliyev Nofər Nail oğlu fevralın 1-i səhər saatlarında Abşeron rayonu, Məmmədli qəsəbəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Adıçəkilən şəxs sonuncu dəfə iclasa qatılmaq üçün getdiyi Xətai rayonu ərazisində aptekdə görülüb.
Onu görən şəxslərdən Daxili İşlər Nazirliyinin "102 Qaynar Xətt " xidmətinə və ya (050)498-98-48 nömrəsinə zəng etmələri xahiş olunur.
