"Kefim əladır" - İşdən çıxarılan nazir müavini

15:28 - 04 Fevral 2022

\"Kefim əladır\" - İşdən çıxarılan nazir müavini

Bu gün səhiyyə nazirinin müavini vəzifəsindən azad olunan Elsəvər Ağayev qısa açıqlama verib.

Manset.az qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş nazir müavinin kefinin yaxşı olduğunu bildirib: 

"Kefim əladır. Biraz işlərim var. İşimdən azad olunmağımla bağlı hansısa şərh vermək istəmirəm. Sonra danışarıq”.

Qeyd edək ki, Elsəvər Ağayev 1965-ci il Naxçıvan Muxtar Respublikasında anadan olub. 1983-1988-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini bitirib. 1990-1993-cü illərdə Sankt Peterburq Kimya-Əczaçılıq Akademiyasında məqsədli aspiranturanı bitirib əczaçılıq elmləri namizədi elmi dərəcəsini alıb geri qayıtdıqdan sonra baş mütəxəssis, şöbə müdiri işləyib. 1996-cı ildə həmin birliyin baş direktoru təyin olunub. 1997-cü ildə Səhiyyə Nazirliyinin "Dərman və Tibbi Texnika” İTB-nin baş direktoru, SN-nin "Əczaçılıq və Tibb Sənayesi” EİB baş direktoru vəzifəsinə təyin edilib. 

1999-cu ildən il Səhiyyə nazirinin müavini vəzifəsinə təyin olunub. 2013-cü ildə Tərəqqi medalı ilə təltif edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az