Bakı Mühəndislik Universitetinin əməkdaşı koronavirusdan dünyasını dəyişib.
Manset.az-ın əldə etdiyi məlumata görə, BMU-nin Distant təhsil və keyfiyyətin təminatı mərkəzinin direktoru Məmmədov Cəmil Oxtəkin oğlu vəfat edib.
Qeyd edək ki, mərhum 2 ay müddətində komada olub. Bir neçə gün öncə beyninə qan sızdığı üçün əməliyyat olunmuşdu.