Bu gün Xırdalan şəhəri Qalubiyyə küçəsi 35 ünvanında yerləşən “Bizim Market” mağazasıda yanğın hadisəsi baş verməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub.
Manşet.az xəbər verir ki, market qarşısında qələbəlik yaşanır, işçilər təxliyyə edilib.
Hadisə barədə danışan "Bizim Market" mağazalar şəbəkəsinin marketinq direktoru Pərviz Əzimov bildirdi ki, yanğın mağaza daxilində baş verməyib.
“Mağazanın yanında generator var. Həmin generatorda qısaqapanma hadisəsi olub. Dərhal müdaxilə edilərək generatordakı yanğın söndürülüb. Hər hansı bir fövqaladə vəziyyət baş verməyib. Xəsarət faktı yoxdur”.
Həmin kadrları təqdim edirik:
metbuat.az