logo
logo logo
logo

Metroda sərnişinlərin çantaları niyə yoxlanılır?- AÇIQLAMA

20:21 - 08 Fevral 2022

Metroda sərnişinlərin çantaları niyə yoxlanılır?- AÇIQLAMA

Bakı Metropoliteninin stansiyalarının girişində metro polisi tərəfindən sərnişinlərin çantalarının yoxlanılması üçün X-RAY cihazından istifadə olunur. Bu addım hansı zərurətdən irəli gəlir?

Manşet.az xəbər verir ki, bu məsələlərlə bağlı DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev cavab verib.

E.Hacıyev bildirib ki, Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar geniş tətbiq edilir:

“Metropolitenə keçirilməsi qadağan olunan əşyalar bu rəqəmsal sistemin imkanları ilə aşkarlanır. Ötən il 8 ədəd avtomat patronu, 48 ədəd kəsici-deşici alət aşkarlanıb. Bu əşyaları metropolitenə keçirmək istəyən 9 azyaşlı olmaqla, ümumilikdə 68 nəfər şəxs polis tərəfindən müəyyən olunub. Onların hər biri barəsində araşdırmalar aparılmaqla qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib”.

Qafqazinfo


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az