Əflatun Amaşovun qohumu həbs edildi — Atası bu vəzifədə çalışır (YENİLƏNİB)

17:41 - 09 Fevral 2022

Əflatun Amaşovun qohumu həbs edildi — Atası bu vəzifədə çalışır (YENİLƏNİB)

Bakı Mühəndislik Universitetinin təsərrüfat şöbəsinin müdiri Eldar Səmədovun oğlu Səməd Səmədov dələduzluq üstündə həbs olunub. 



Manset.az  Demokrat.az-a istinadən xəbər verir ki,  Səməd Səmədov Nərimanov rayon polis əməkdaşları tərəfindən saxlanılaraq məhkəməyə gətirilib.
Məhkəmənin qərarı ilə Səməd Səmədov AR Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.   
Qeyd edək ki, Səməd Səmədov Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun qohumudur. Səməd Səmədov Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli Xəzər TV-yə rəhbərlik edən dövrdə bu telekanalda da çalışıb. 

Məsələ ilə bağlı Əflatun Amaşov saytımıza açıqlamasında Səməd Səmədovla əlaqəsi olmadığını, yalnız babalarının qohum olduğunu söyləyib. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az