İctimai yerlərdə 5 koronavirus xəstəsi aşkarlandı

20:51 - 09 Fevral 2022

İctimai yerlərdə 5 koronavirus xəstəsi aşkarlandı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq yaşadıqları ünvanları tərk edən aktiv koronavirus xəstələri aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Manşet.az-a verilən məlumata görə, rayon sakinləri M.Əliyev, X.Məmmədov, Y.Nəsirova, B.Niftullayev və E.Hüseynovanın karantin rejimi qaydalarını kobud şəkildə pozduğu və yaşayış yerlərini tərk etdikləri müəyyən edilib. Onlar tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara qaytarılıblar.

Faktlarla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az