Yasamalda əmək yarmarkası açıldı - FOTOLAR

14:32 - 10 Fevral 2022

Yasamalda əmək yarmarkası açıldı - FOTOLAR

Bu gün Yasamal rayonunda əmək yarmarkası öz işinə başlayıb.

 

Manset.az xəbər verir ki, açılış mərasimində Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, millət vəkili Elnur Allahverdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

 Tədbiri giriş sözü ilə açan Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov əmək yarmarkasını Yasamal rayonunun əmək bazarı üçün əlamətdar bir hadisə adlandırıb: “Prezident İlham Əliyev 2020-ci ildə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən müvafiq tədbirlər planı və onun icrası təsdiq edilib. Hal-hazırda bu strategiya uğurla həyata keçirilir. Əsas məqsədlərdən biri rayona investoru cəlb etməkdir və bunun üçün dövlət tərəfindən hər cür şərait yaradılıb.Yeni investorun cəlb edilməsi isə yeni iş yerlərinin yaradılması deməkdir”.

Daha sonra tədbir iştirakçıları əmək yarmarkasının gedişatı ilə tanış oldular.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az