Dünən Şabran rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib.
Manset.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisində qeydə alınıb. Qəza zamanı TIR markalı yük maşını üç minik avtomobili ilə toqquşub və daha sonra yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 62 yaşlı Babayev Əli Hacıbala oğlu və 8 yaşlı Quliyeva Həqiqət Kamil qızı ölüb.
Məlumat üçün bildirək ki, Quliyeva Həqiqət Şabran rayon Gəndov kənd tam orta məktəbinin II sinif şagirdi olub.
Manset.az faciəvi şəkildə ölən şagirdin fotosunu təqdim edir: