DYP sürücülərə xəbərdarlıq ETDİ

18:06 - 10 Fevral 2022

DYP sürücülərə xəbərdarlıq ETDİ

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq edib.

Manşet.az xəbər verir ki, İdarənin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli bildirib ki, paytaxt ərazisində DYP tərəfindən nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

O deyib ki, bu kimi növbəti tədbir paytaxtın Yasamal rayonunda keçirilib: "Tədbirlər əsasən, dayanma-durma qaydalarını pozan sürücülərlə profilaktiki söhbətlər aparmaqdır. Sürücülərimizdən xahiş edirik ki, nəqliyyat vasitələrini təyin edilmiş yerlərdə, dayanma-durma qaydalarına riayət etməklə park etsinlər. Onlar avtobus zolaqlarında nəqliyyat vasitələrini qeyri-qanuni park edərək ictimai nəqliyyata maneçilik törətməsinlər. Sürücülər bilməlidirlər ki, nəqliyyat vasitələrinin düzgün qaydada park edilməməsi süni sıxlıqların yaranmasına, digər hərəkət iştirakçılarının vaxtında mənzil başına çatmasına maneəçilik törədir”. sfera.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az