Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43 027 vaksin vurulub.
Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 039, “buster” doza üzrə isə vaksinasiya olunanların sayı 37 843 olub.
Vurulan vaksinlərin ümumi sayı 12 349 272, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 618, ikinci mərhələ üzrə 4 758 803 nəfər təşkil edir. Ümumilikdə isə 2 331 851 “buster” doza vurulub.