Magistraturaya sənəd qəbulunun vaxtı UZADILDI

19:25 - 10 Fevral 2022

Magistraturaya sənəd qəbulunun vaxtı UZADILDI

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun müddəti uzadılıb.

Manşet.az-ın Dövlət İmtahan Mərkəzinin saytına istinadən məlumatına görə, sənəd qəbulu bu gün saat 23:59-da başa çatmalı idi.

Ancaq müddət fevralın 11-i saat 10:00-dək uzadılıb.

Qeyd edək ki, bu gün saat 16:25-dək 16 380 nəfərin (Azərbaycan bölməsi - 15007 ; rus bölməsi - 1373) ərizəsi qəbul edilib.

Xatırladaq ki, sənəd qəbuluna fevralın 1-dən başlanılıb. Magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az