“Dövlət Gömrük Komitəsi 2022-ci il yanvar ayı üçün nəzərdə tutulan büdcə öhdəliyini 126,24 faiz yerinə yetirib”.
Manşet.az xəbər verir ki, bu barədə DGK sədri Səfər Mehdiyev Tvitter hesabında paylaşım edib.
“İlkin məlumata görə, 403,95 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub ki, bu da nəzərdə tutulan proqnozdan 83,95 milyon manat artıq deməkdir”, - o qeyd edib.