DİN qadının əri tərəfindən işgəncələrə məruz qalması iddialarına münasibət bildirdi

09:35 - 11 Fevral 2022

DİN qadının əri tərəfindən işgəncələrə məruz qalması iddialarına münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialara münasibət bildirib.

 

 Manset.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, nazirlik yayılanlarla bağlı məlumatlıdır.

Qeyd edilib ki, qadının əri tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı iddialar araşdırılır.

Xatırladaq ki, sosial şəbəkələrdə Rəqsanə Qafarova adlı istifadəçi əri tərəfindən döyülərək işgəncələrə məruz qaldığını iddia edir. O, hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən izahatının alındığını, lakin hələ də heç bir tədbir görülmədiyini deyir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az