Koronavirusa görə bağlanan iki məktəb açıldı

10:50 - 11 Fevral 2022

Koronavirusa görə bağlanan iki məktəb açıldı

Paytaxtdakı 149 və 184 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

 Manset.az xəbər verir ki, Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. 

Belə ki, hər iki məktəbin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az