"Ağıllı şəhər" üzərində aparıcı şirkətlər işləyir

22:18 - 11 Fevral 2022

\"Ağıllı şəhər\" üzərində aparıcı şirkətlər işləyir

Azərbaycanda hazırda "ağıllı şəhər" konsepsiyalarının hazırlanması üzərində dünyanın aparıcı texnologiya şirkətləri işləyir.

Manşet.az xəbər verir ki, bunu Trend-ə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, nazirlikdə hesab edirlər ki, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin reallaşdırılması üçün onların konsepsiyasını hazırlamaq lazımdır.

"Burada əsas problem onların yaradılması üçün vahid standartın olmamasıdır. Ona görə də nazirliyimiz digər dövlət strukturları ilə birgə təqdim olunmuş konsepsiyaların razılaşdırılması üzərində işləyir", - deyə o bildirib.

Müşavir qeyd edib ki, konsepsiyalar bütün dövlət strukturları tərəfindən razılaşdırıldıqdan sonra onların reallaşdırılmasına başlamaq planlaşdırılır.

"Bu konsepsiyalarda ölkəmiz üçün üç əsas və prioritet element əks olunmalıdır. Birincisi, "ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin müəyyən texnologiyaların tətbiqi ilə reallaşdırılmasının səmərəliliyidir. İkincisi, bu həllin dayanıqlılığı, yəni dövlət subsidiyalarından və təşviqlərindən, eləcə də maliyyləşdirmədən asılı olub-olmamasıdır. Üçüncüsü isə bu həllin ölkədə digər innovasiya və texnologiyaların inkişafına xidmət edib -etməyəcəyidr", - R.Bayramov deyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az