Bakıda həyat yoldaşından ayrılan qadının uzun müddətdir övladlarını zibilliyə çevrilən evdə saxladığı məlum olub.
Manşet.az xəbər verir ki, mənzilin yaşayış üçün acınacaqlı vəziyyətdə olduğunu görən Azadənin qonşularından biri "Bizimləsən" proqramına müraciət edib.
Verilişin çəkiliş heyəti sözügedən ünvanda olub. Lentə alınan görüntülərdən azyaşlı uşaqların necə acınacaqlı və üfunət qoxusu olan yerdə yaşadığı da açıq-aydın görünür.
Qonşular azyaşlıları zibillə dolu evdən götürərək onları çimizdirib, saçını qırxıblar. Verilişə çıxan uşaqlar başlarında yara əmələ gəldiyini deyiblər. Efir zamanı azyaşlılardan biri pişiyin evə girərək onun barmağını dişlədiyini bildirib.