Laçının Minkənd kəndinə yeni elektrik xətti çəkilir

13:53 - 14 Fevral 2022

Laçının Minkənd kəndinə yeni elektrik xətti çəkilir

Güləbird yarımstansiyadan Laçın dəhlizindən keçməklə Laçının Minkənd kəndinə 35 kilovoltluq yeni elektrik xətti çəkilir.

 

Manset.az xəbər verir ki, bunu "APA-Economics"ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə aparılan işlər yekunlaşmaq üzrədir.

""Azərişıq" Güləbird yarımstansiyadan Laçının Minkənd kəndinə 35 kilovoltluq yeni xətt çəkir. Elektrik xətti Laçın dəhlizindən keçir. Hazırda bu istiqamətdə aparılan işlər yekunlaşmaq üzrədir. İşlərin artıq 75%-i yerinə yetirilib", - deyə V. Mustafayev qeyd edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az