"Baktelecom" məktəblilərə dəstək olub - FOTO

14:11 - 14 Fevral 2022

\"Baktelecom\" məktəblilərə dəstək olub - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Code and More” təqaüd proqramı çərçivəsində təlim alan məktəblilərlə “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) əməkdaşlığa başlayıb.

 

Nazirlikdən Maqnset.az-a verilən məlumata görə, 20 nəfərdən ibarət “Uşaq elektronikası” komandası paylayıcı telekommunikasiya şkafları üçün “Optik monitorinq” layihəsi üzərində çalışır.Layihə çərçivəsində hazırlanan cihaz ərazidə optik şkaflara kənar müdaxilələr zamanı mərkəzə bildiriş siqnalı göndərəcək. Beləliklə, detektor vasitəsi ilə rabitə qurğularına icazəsiz və arzuolunmaz giriş haqqında anında xəbərdarlıq imkanı yaranacaq.

“Optik monitorinq” layihəsinin mart ayında tam şəkildə təhvil verilməsi və tətbiqi nəzərdə tutulub.

“Baktelecom” məktəblilərin bilik və bacarıqlarının inkişafına yönləndirilmiş təlim proqramlarına dəstəyini davam etdirəcək.

Məlumat üçün bildirək ki, “Code and More” təqaüd proqramı çərçivəsində elektronika, avtomatika (hardware) və bulud texnologiyaları (software) laboratoriyaları qurulub və peşəkar təlimlər həyata keçirilir.

"Baktelecom" məktəblilərə dəstək olub - FOTO "Baktelecom" məktəblilərə dəstək olub - FOTO "Baktelecom" məktəblilərə dəstək olub - FOTO


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az