Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

18:47 - 15 Fevral 2022

Ölkədə vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 71 434 vaksin vurulub.

Manşet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3052, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2052, “buster” doza üzrə isə vaksinasiya olunanların sayı 66 330 olub.

Vurulan vaksinlərin ümumi sayı 12 549 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 270 596, ikinci mərhələ üzrə 4 766 430 nəfər təşkil edir. Ümumilikdə isə 2 512 937 “buster” doza vurulub.


 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az